“Real Madrid”in ulduzu üçün inanılmaz təklif: 1 milyard avro

Bakı, 12 avqust, Sporaz.tv

Real Madrid“də çıxış edən 24 yaşlı braziliyalı futbolçu Vinicius Juniora sərvətə layiq təklif edildiyi yazılıb. Real Madrid, oyunçunun transferinə zəmin yaratmaq üçün 1 milyard avroluq sərbəst qalma müddəasını azaldaraq ayrılığa icazə verə bilər.

Sporaz.tv xəbər verir ki, Səudiyyə Ərəbistanından “Real Madrid”in ulduzu Vinicius Juniora astronomik təklif gəlib.

Səudiyyə Ərəbistanının Al Ahli (Əl Əhli) klubu, Vinisius Juniora illik 350 milyon avro xalis maaş alacağı müqavilə təklif edib. Braziliyalı futbolçu, Səudiyyə Ərəbistan təmsilçisinə “Real Madrid”dən ayrılmaq istəmədiyini çatdırıb.Digər tərəfdən, Real Madridin futbolçunun gedişini istəmədiyi də bildirilib.

Səudiyyə klubunun Real Madriddən 1 milyard avroluq sərbəst qalma müddəasında “kiçik” endirim istədiyi yazılıb.

Real Madrid ilə 2027-ci ilə qədər müqaviləsi olan 24 yaşlı futbolçu, İspaniya nəhəngi ilə 264 matçda 83 qol vurub, 75 məhsuldar ötürmə edib.