“Real Madrid”in keçmiş ulduzundan transfer etirafı

Bakı, 26 sentyabr, Sporaz.tv

Toni Kroos, “Real Madrid“-ə keçməzdən əvvəl “Manchester United“(Mançester Yunayted)-lə anlaşdığını bildirib. Kroos, o vaxt “Manchester United”-də baş məşqçi dəyişikliyindən sonra transferin ləğv edildiyini bildirib.

Sporaz.tv məlumat verir ki, ötən mövsüm “Real Madrid”-lə müqaviləsi başa çatdıqdan sonra futbolu tərk edən Toni Kroos, 2014-cü ildə “Manchester United”-ə transfer olunmağa yaxın olduğunu bildirsə də, bu, baş tutmayıb.

Kings League matçının fasiləsində danışan Kroos, “Real Madrid”-ə keçməzdən əvvəl “Manchester United” ilə razılığa gəldiyini və müqavilə imzaladığını bildirdi.

“Premyer Liqada oynamaq istərdinizmi?” sualına Kroos: “Mən buna yaxın idim. 2014-cü ildə “Real Madrid”-lə müqavilə imzalamazdan əvvəl “Manchester United”-lə müqavilə imzalamışdım. David Moyes iş başında idi və onunla danışdım. Daha sonra Moyes vəzifəsindən ayrıldı və Loui van Gaal komandaya rəhbərlik etməyə başladı. Bundan sonra hər şey ləğv edildi”. -deyə cavab verdi.

Leave a Reply