“Real Madrid”dən “Como”ya

Bakı, 26 avqust, Sporaz.tv

Real Madrid” gənc futbolçusu Nico Pazın “Como“ya transfer olunduğunu açıqlayıb. “Como” Nico Pazla 4 illik müqavilə imzalayıb.

Sporaz.tv xəbər verir ki, İtaliya A Seriyasının komandalarından olan “Como”, “Real Madrid”dən Nico Pazı heyətinə qatıb.

“Como”dan verilən açıqlamada 19 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalandığı bildirilib.

Transfer haqqı ilə bağlı məlumat paylaşılmasa da, İspaniya mətbuatında yer alan xəbərlərə görə, “Como” bu transfer üçün “Real Madrid”ə 4 milyon avro ödəyəcək.

“Como” komandasının baş məşqçisi Cesc Fabregas Nico Paz haqqında bunları deyib: “O, çox istedadlıdır. O, cinahda və yarımmüdafiədə oynaya bilir. Onunla işləməyi səbirsizliklə gözləyirəm”.

Transferlə bağlı Niko Paz, “Bu, mənim üçün çox şey deməkdir. Karyeram üçün doğru addım atdığımı düşünürəm və bu layihənin bir parçası olmaqdan çox həyəcanlıyam” dedi.

“Como” daha əvvəl Sergi Roberto, Andrea Belotti, Raphael Varane, Alberto Moreno, Pepe Reina və Alberto Dossena kimi futbolçuları heyətinə qatmışdı.

2016-cı ildə Tenerifenin akademiyasından “Real Madrid”ə transfer olunan Nico Paz müxtəlif gənc qruplarında çıxış edib.

İspaniyalı futbolçu karyerası ərzində 70 matçda 18 qol vurub, 7 məhsuldar ötürmə edib.

“Como”nun paylaşımı:

Bahar Rüstəm