“Real Madrid”dən “Başakşehir”ə – Mesut Özil

Bakı,10 iyun,Sporaz.tv
Cristiano Ronaldo kimi futbolçuları asistləri ilə dünya nəhəngi edən Özil, dəyəri çox da bilinmədi. Əziz sporaz.tv izləyiciləri bu gün haqqında danışacağımız şəxs, futbolun ən möhtəşəm mərkəz oyunçularından biri olan Mesut Özildir.


Mesut Özil əslən Zonquldaklıdır. Ailəsi 1970-ci ildə işçi olaraq Almaniyaya gedib. Futbola uşaq yaşlarından başlayıb. Fiziki olaraq zəif deyildiyinə görə, “Fenerbahçe” və “Beşiktaş“ın qapısından geri qayıtdı. Amma alman klubu “Schalke” ona güvənməyi seçdi. Professional karyerasına burada başladı. “Werder Bremen“ə, 2 sezon sonra “Real Madrid“ə getdi. Ronaldo, Di Maria, Benzema və Higuainin qurduğu hücum xəttinin arxasında tam bir asist maşını idi. Driblig bacarığı onu rəqibin müdafiə xəttini qırmağa kömək edirdi. O, inanılmaz asistləri ilə hər kəsi heyran edirdi.

“Real Madrid”dəki 3 sezonun ardınca o dövrün ən yüksək bonservis dəyəri ilə “Arsenal“a getdi. Lakin “Covid-19” karyerasındakı ən pis sezonu keçirməsinə səbəb oldu. Klubda qalmaq üçün hətta, maaşından belə endirim etdi. Amma “topçular”ın 2020-21 sezonunda Avropa və Premyer liqa heyətlərində yer verməməsi Özilin “ağ-qırmızı” forma ilə karyerasına bitirdi. Bəzi iddialara görə Özilin “Arsenal” karyerasını bitirən, 2019-cu ildə Çinin Uyğur türklərinə etdiyi zülmə diqqət çəkən paylaşımı olduğu deyilir. 2021-ci ildə uşaqlıq sevgisi “Fenerbahçe”yə transfer oldu. Bura da həm yaş, həm də futbola olan küskünlüyü onun performansına təsir göstərdi.”Sarı-lacivərdli” komandanin formasını 2 sezon geyindikdən sonra, Jesusun onu kadroya almağınına görə 2023-cü ildə “Fenerbahçe”dən ayrılaraq, “Başakşehir“də karyerasna davam etdi. Amma belində yaşadığı problemə görə çox forma şansı tapa bilmədi. 22 mart 2023-cü ildə futbol karyerasını bitirdi.

Özil, milli komanda seçimində TürkiyəAlmaniya arasında qalmışdı. Amma o əsli türk olmasına baxmayaraq, doğulub böyüdüyü Almaniyanı seçdi. 2009-cu ildə verdiyi müsahibə bunu dilə gətirdi. Amma almanlar ona düzgün qiymət verməyi bacarmadılar. Özili, qələbə qazanandan alman, məğlub olanda köçkün adlandırdılar. Ayrı seçkiliyə görə 2018-ci ildə milli komanda karyerasını bitirdi.
Türk və yaxud alman kimi tanınan bilər Özil. Amma bu danılmaz bir gerçəkdir ki, Mesut Özil futbol tarixinin ən möhtəşəm mərkəz oyunçularından biri idi.

Bahar Rüstəm