“Real Madrid”də Mbappe şoku

Bakı, 25 sentyabr, Sporaz.tv

Real Madrid“ə Kylian Mbappedən pis xəbər gəlib.

Sporaz.tv xəbər verir ki, “Alaves” matçında çıxışını davam etdirə bilməyən Mbappenin zədəsi açıqlanıb.

Klubdan verilən açıqlamada La Liqanın 7-ci həftəsində, dünən keçirilən “Alaves” matçında zədələnən Mbappenin bu səhər səhhətinin yoxlanıldığı və bud əzələlərində zədə aşkarlandığı açıqlanıb. İspan klubu fransalı futbolçunun zədəsi ilə bağlı müddət açıqlamasa da, ispan mətbuatı həftə sonu Atletico Madrid ilə Madrid derbisində oynaya bilməyəcək Mbappenin meydanlara qayıtmasının 3 həftə çəkəcəyini yazıb.

Kylian Mbappe, 3:2 hesabı ilə qalib gəldikləri “Alaves”lə matçı zədələndiyi üçün 80-ci dəqiqədə tərk etməli olub. Carlo Ancelotti, Mbappenin yerinə Arda Güleri oyuna daxil edib.

Leave a Reply