“Real Madrid”də Leny Yoroya hazırlıq

Bakı, 9 iyul, Sporaz.tv

Real Madrid” və “LilleLeny Yoronun transferi üçün danışıqları davam etdirir. İki klubun 40 milyon avroya razılaşacağı gözlənilir.

Sporaz.tv xəbər verir ki, Liqa 1 komandası “Lille”də çıxış edən və Avropada bir çox komandanın transfer siyahılarında olan Leny Yoro “Real Madrid”lə müqavilə imzalamağa yaxındır.

Leny Yoronun “Real Madrid”ə transfer olunmaq istədiyi, iki klubun təxminən 40 milyon avroluq transfer əvəzi qarşılığında razılaşa biləcəyi ifadə edildi.

“Lille”in akademiyasında təlim keçən Leny Yoronun müqaviləsi gələn mövsümün sonunda başa çatır.

Yoronun transferi bu yay baş tutmasa, gənc futbolçunun “Real Madrid”lə pulsuz müqavilə bağlaması ehtimalı var.

Əvvəlki mövsümdə “Lille”lə 44 oyuna çıxan 18 yaşlı müdafiəçi 3 qola imza atıb.

Bahar Rüstəm