“Real Madrid”də gözlənilməz böhran

Bakı, 30 oktyabr, Sporaz.tv

Real Madrid“, 1 həftədə iki şok yaşayıb. İspan nəhəngi əvvəlcə El Clasicoda “Barcelona”-ya uduzub, daha sonra Rodri Viniciusun alacağını gözlədikləri “Qızıl top” mükafatını alıb. Bu vəziyyət klub daxilində böhrana səbəb olub.

Sporaz.tv məlumat verir ki, “Real Madrid” son 7 gündə ziyafətə hazırlaşırmış. Lakin əvvəlcə “Barcelona” matçı, daha sonra isə “Qızıl top”-un mükafatlandırma mərasimindəki hadisələrlə əlaqədar klub daxilində böhran yaranıb.

Şənbə günü Santiago Bernabeuda “Barcelona”-ya qarşı keçirilən El Classicoda “Real Madrid”-in 4:0 hesabı ilə uduzmasından əlavə, bənövşəyi-ağlar 12 dəfə ofsaydda qalıblar. O, Mbappe ilə 8 dəfə ofsaydda qalaraq rekord qırıb. “Barcelona”-ya qarşı həllini tapa bilməyən “Real Madrid”-də Mbappenin transferi sorğulanmağa başlayıb.

“Real Madrid”, 2 gün sonra Barcelonanın şokundan çıxa bilməmiş Ballon D’Or-da yıxılıb. İspan nəhəngi və İspaniya mətbuatı Qızıl top mükafatını kiçik Viniciusun qazanacağını düşünürdü. Lakin mükafatlandırma mərasimindən əvvəl kluba Vininin mükafatı qazanmaması barədə məlumat daxil olduqdan sonra heç bir futbolçusunu mərasimə göndərməyiblər. “Real Madrid”-in prezidenti Florentino Peres mükafatın Viniciusa verilməməsinə münasibət bildirib.