Real Madriddən Arda Güler qərarı

Bakı, 28 iyul, Sporaz.tv

AVRO-2024-dən sonra məzuniyyətə çıxan və bir müddət əvvəl Real Madridin düşərgəsinə qatılan Arda Gülerin gələcəyi ilə bağlı yeni iddia ortaya atılıb.

Sporaz.tv məlumat verir ki, ötən mövsümün sonlarına doğru “Real Madrid”də oynamaq şansı qazanan və vaxtını yaxşı dəyərləndirən Arda Güler, ​​AVRO-2024-dəki çıxışı ilə də heyran qalıb.

Yeni mövsümdəki taleyi maraq doğuran türkiyəli futbolçu üçün yeni iddia ortaya atılıb.

Bayer Leverkuzen Arda Güleri icarə əsasında heyətinə qatmaq prosesində idi.

Bununla belə, Real Madrid Arda Güleri komandanın vacib hissələrindən biri kimi görür.

Bu baxımdan efaltun-Ağlar Arda Güləri icarəyə göndərməyi planlaşdırmır.

Yeni mövsümün hazırlıqlarına “Real Madrid”lə başlayan türkiyəli futbolçu bütün fikrini İspaniya nəhəngindəki karyerasına kökləyib.