“Real Madrid”dən Arda Gülər paylaşımı

Bakı, 1 sentyabr, Sporaz.tv

Real Madrid“in milli ulduzu Arda Gülərin bu axşam “Real Betis“lə qarşılaşacaqları start 11-də yer alacağı gözlənilir.

Sporaz.tv xəbər verir ki, La Liqada 2024-25 mövsümünə yaxşı başlamayan “Real Madrid” 3 həftə ərzində cəmi 1 qələbə və 2 heç-heçə əldə edə bildi.

“Real Madrid” 4-cü həftə matçında bu axşam CET 22:30-da “Real Betis”i qəbul edəcək.

“Marca”da Arda Gülərin “Real Betis” matçına ilk 11-də başlayacağı xəbərinin ardınca, İspaniya nəhəngindən diqqətçəkən bir paylaşım gəldi.

“Real Madrid”in də matç günü postuna Arda Güləri də daxil etməsi diqqət çəkib.

Arda Gülər ​​liqanın ikinci həftəsində “Real Valladolid” matçında ilk 11-də meydana çıxıb və 70 dəqiqə oyunda qalıb.

Bahar Rüstəm