“Arda Güler” Bellinghamın formasını alacaq

Bakı, 23 avqust, Sporaz.tv
Jude Bellinghamin zədəsi Real Madridə güclü təsir göstərib. Bənövşəyi-ağların ən önəmli oyunçularından olan Bellingham,1 ay meydanlardan uzaq qalarsa, onun yerinə Arda Gülerin ilk 11-də yer alacağı bildirilib.

Sporaz.tv xəbər verir ki, Real Madrid, Jude Bellinghamin sağ baldır əzələsindən zədə aldığını açıqladı.

20 yaşlı ingilis futbolçunun 1 ay meydanlardan uzaq qalacağı gözlənilir.

Real Madridin baş məşqçisi Carlo Ancelotti, Jude Bellinghamın yoxluğunda iki ada diqqət yetirib.Bu adlardan biri Luka Modric, digəri isə Arda Gülerdir.

Jude Bellinghamın zədələnməsindən sonra “Real Madrid”də oynamağa ən güclü namizəd kimi Arda Güler ​​göstərilib.

Onu da qeyd edək ki, Arda Güler, ​​bu mövsüm “Real Madrid”də 2 oyun keçirib.19 yaşlı futbolçu, bu matçlarda cəmi 5 dəqiqə oynaya bilib.