“Real Madrid”də 2025-ci il üçün böyük plan

Bakı, 4 sentyabr, Sporaz.tv

İspaniya La Liqasında Real Madrid gələn il heyətinə daha iki ulduz əlavə etməyi planlaşdırır. “Real Madrid”in siyahısında Manchester City (Mançester Siti)-dən Rodri, “Bayern München” ilə müqaviləsi başa çatacaq Alfonso Davies də var.

Sporaz.tv xəbər verir ki, transfer müddətində Kylian Mbappeni və daha əvvəl razılaşdığı Endriki heyətinə qatan “Real Madrid”, növbəti mövsümün planını müəyyən edib.

Real Madridin növbəti yay transfer dövrü üçün əsas hədəfinin Alphonso DaviesRodri olduğu bildirilib.

“Bayern München” ilə müqaviləsinin son ilinə qədəm qoyan Alphonso Davies-i bu il heyətinə qatmaq istəyən “Real Madrid”, futbolçu ilə anlaşsa da, “Bayern München”ni transfer haqqına razı sala bilməyib.

2024-cü il Avropa Futbol Çempionatının ən dəyərli futbolçusu seçilən Rodrinin növbəti mövsüm üçün ən böyük hədəf olduğu qeyd edilib.

Qeyd olunub ki, Manchester City (Mançester Siti) ilə müqaviləsi 2027-ci ildə başa çatacaq Rodrinin qarşısında iki seçim var. İspan futbolçunun Manchester City (Mançester Siti) ilə müqaviləsini yeniləyəcəyi və ya “Real Madrid”ə transfer oluna biləcəyi bildirilib.