“Real Madrid” üçün şok xəbər

Bakı, 23 avqust, Sporaz.tv

Real Madrid“, Jude Bellinghamin sağ plantar əzələsindən zədə aldığını açıqladı. Ulduz futbolçunun 1 ay meydanlardan uzaq qalacağı gözlənilir.

Sporaz.tv xəbər verir ki, Jude Bellinghamdan “Real Madrid”ə dağıdıcı xəbər gəldi. “Bənövşəyi-ağlar” ingilis futbolçunun zədəsini açıqlayıb.

“Real Madrid”dən verilən açıqlamada Jude Bellinghamın sağ plantar əzələsində zədə aşkarlandığı bildirilib. 20 yaşlı futbolçunun 1 ay meydanlardan uzaq qalacağı gözlənilir.

Jude Bellingham bu mövsüm Real Madriddə 2 oyun keçirib. İngilis ulduz bu matçlarda 1 məhsuldar ötürmə edib.

Bahar Rüstəm