Bakı, 20 oktyabr, Sporaz.tv
İspaniya La Liqasının 10-cu turu çərçivəsində “Celta de Vigo” “Real Madrid”i qəbul edib.
Sporaz.tv xəbər verir ki, Vigo şəhərinin “Balaidos” stadionunda baş tutmuş qarşılaşmanı baş hakim Alexandro Hernandes idarə edib.
Matç, “Real Madrid”-in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Real Madrid”-də 20-ci dəqiqədə Kylian Mbappe, 66-cı dəqiqədə isə Vinicius Jjnior fərqlənib.
Meydan sahiblərinin yeganə qoluna 51-ci dəqiqədə Williot Swedberg imza atıb.