“Real Madrid” öz rekordunu təkrarladı

Bakı,15 May,Sporaz.tv

Real Madrid” La Ligada “Alaves“i məğlub etməklə, liqadakı məğlubiyyətsizlik seriyasını 30 matça çatdırıb və öz rekordunu təzələyib. Real Madrid qalan 2 matçda qalib gəlsə, La Liqada ən çox qalibiyyətlə mövsümü təkrarlayacaq.

Sporaz.tv xəbər verir ki,  Çempionlar Liqasının finalına yüksələn və La Ligada çempionluq qazanan “Real Madrid”in məğlubiyyətsizlik seriyası davam edir.

Liqada sonuncu dəfə derbidə “Atletico Madrid”ə məğlub olan “Real Madrid” həmin matçdan sonra keçirdiyi bütün matçlarda rəqiblərinə uduzmayıb.

Bu müddətdə Real Madrid 30 matçlıq məğlubiyyətsizlik seriyasına imza ataraq “Alaves” üzərində qələbə ilə öz rekordunu təkrarladı.

1988-1989-cu illərdə Leo Beenhakkerin rəhbərliyi altında “Real Madrid” 21 qələbə və 9 heç-heçə ilə 30 matçda məğlub olmayıb.
La Liqada mövsümün son 2 matçında “Villareal” və “Real Betis“lə qarşılaşacaq “Real Madrid” daha bir rekorda bərabər ola bilər.

“Real Madrid” “Villarreal”a uduzmasa, liqa tarixində özünün məğlubedilməz rekordunu təzələyəcək. O, “Real Betis” matçında bu rekordu yeniləmək şansı qazanacaq.

Carlo Ancelottinin komandası hər iki matçda qalib gəlsə, bir mövsümdə ən çox qələbə qazanan mövsümü təkrarlayacaq.

“Real Madrid” 2011-12 mövsümündə La Liqanı 32 qələbə ilə başa vurub.

Bahar Rüstəm