“Real Madrid” öz meydanında 3 qolla 3 xal qazanıb

Bakı, 25 sentyabr, Sporaz.tv

La Liqanın 7-ci həftəsində “Real Madrid“, doğma meydanda “Alaves“-lə qarşılaşıb. Matç 3:2 hesabı ilə “Real Madrid”in xeyrinə başa çatıb. Türkiyəli futbolçu Arda Güler ​​matçın 80-ci dəqiqəsində oyuna daxil olub.

Sporaz.tv məlumat verir ki, La Liqanın 7-ci həftəsində “Real Madrid” və “Alaves” komandaları üz-üzə gəlib.

Matç 3:2 hesabı ilə “Real Madrid”-in xeyrinə başa çatıb. Qalib qollar: 1-ci dəqiqədə Lucas, 40-cı dəqiqədə Mbappe və 48-ci dəqiqədə Rodrygodan gəldi. Alavesin xallarını 85-ci dəqiqədə Benavidez, 87-ci dəqiqədə isə Garciadan gəlib.

Türkiyəli futbolçu Arda Güler ​​matça ehtiyat oyunçular skamyasında başlayıb. Arda, 80-ci dəqiqədə Mbappenin yerinə oyuna daxil olub.

Bu nəticə ilə “Real Madrid”, xalını 17-yə yüksəldib və “Barcelona”-dan 1 xal geridə qalıb. “Alaves” 10 xalda qalıb.

O, La Liqanın 8-ci həftəsində keçiriləcək derbi matçında “Atletico Madrid-“in qonağı olacaq. “Alaves” həmin həftə səfərdə “Getafe” ilə qarşılaşacaq.

Leave a Reply