“Real Madrid” Modricdən imtina edə bilmir

Bakı,3 iyun,Sporaz.tv

Real Madrid Luka Modrici buraxmır. 12 ildir İspaniya komandasının heyətində yer alan xorvatiyalı ulduz böyük ehtimalla növbəti mövsümdə bənövşəyi-ağ formanı geyinəcək.

Real Madrid Luka Modricdən imtina edə bilməz. Madrid təmsilçisi 12 ildir bənövşəyi-ağ forma geyinən xorvatiyalı ulduzu növbəti mövsümdə komandada qalmağa razı salıb.

İspaniya komandası 38 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə üçün prinsipial razılığa gəlib. Baş məşqçi Carlo Ancelottinin komandada qalmasını çox istəyən Modric illik maaşında endirim edəndə tərəflər qısa zamanda əl sıxıblar.

2012-ci ildə “Tottenham”dən transfer olunan Luka Modric “Real Madrid” karyerasında 26 kubok qazanıb. Xorvatiyalı oyunçu Çempionlar Liqasındakı son qələbəsi ilə klub tarixində ən çox kubok qazanan oyunçu rekordunu Naço ilə bölüşür.

Bu mövsüm 46 matçda meydana çıxan Modric 11 matçda 23 oyuna çıxıb. Məşhur futbolçu çıxış etdiyi matçlarda komandasına 2 qol və 8 məhsuldar ötürmə verib.

Luka Modric 2018-ci ildə Ballon D’or mükafatını qazanmaqla yanaşı, eyni ildə FİFA UEFA tərəfindən ilin futbolçusu seçilib. Karyerası boyunca 6 dəfə Çempionlar Liqası kubokunu qazanan məşhur yarımmüdafiəçi 6 dəfə ölkəsində ilin futbolçusu mükafatına layiq görülüb.