“Real Madrid” Luka Modriclə müqaviləni yeniləyib

Bakı, 17 iyul, Sporaz.tv

La Liqada “Real Madrid” təcrübəli yarımmüdafiəçisi Luka Modriclə müqavilənin 1 il müddətinə uzadıldığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, Luka Modricin müqaviləsi “Real Madrid”də yenilənib.

Klubdan verilən açıqlamada müqaviləsi ötən mövsümün sonunda başa çatan Modriclə 2025-ci ilə qədər qüvvədə olan yeni müqavilə imzalandığı bildirilib.

Modriç 2012-ci ildə “Tottenham”dən “Real”a keçib.

2012-ci ildə “Tottenham”dən “Real Madrid”ə transfer olunan Luka Modric ispan nəhənginin heyətində 534 oyun keçirib.

Modric Real Madriddə oynayarkən 39 qol vurub və 86 məhsuldar ötürmə edib.

Təcrübəli futbolçu “Real Madrid”lə Çempionlar Liqası (6), FIFA Klublararası Dünya Çempionatı (4), La Liqa (4), UEFA Superkuboku (4), İspaniya Kuboku (2) və İspaniya Superkubokunun (5) çempionu olub.

Bahar Rüstəm