”Real Madrid” 15-ci dəfə çempion oldu

Bakı, 2 iyun, Sporaz.tv

UEFA Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.

Sporaz.tv xəbər verir ki, finalda Almaniyanın “Borussiya Dortmund” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəliblər.

İngiltərənin paytaxtı London şəhərində yerləşən “Uembli” stadionunda oynanılan görüş “Kral klubu”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Komandanın qollarını 74-cü dəqiqədə Daniel Karvaxal, 83-cü dəqiqədə Vinisius Junior vurub.

00:56
UEFA Çempionlar Liqasının İspaniyanın “Real Madrid” və Almaniyanın “Borussiya Dortmund” komandaları arasındakı final qarşılaşmasında ikinci qol vurulub.

Sporaz.tv xəbər verir ki, İngiltərənin paytaxtı London şəhərində yerləşən “Uembli” stadionunda oynanılan görüşün 83-cü dəqiqəsində Madrid təmsilçisinin futbolçusu Vinisius Junior komandasının ikinci qoluna imza atıb 2:0. 

Matçın baş hakimi sloveniyalı Slavko Vinçiçdir.

00:38
Bu gün UEFA Çempionlar Liqasında 2023-2024 mövsümünün qalibi bəlli olacaq.

Sporaz.tv xəbər verir ki, final matçında İspaniyanın “Real” və Almaniyanın “Borussiya” (Dortmund) klubları üz-üzə gəlir. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Real komandasının futbolçusu,Dani Karvahal ,74-cü dəqiqədə atdığı qolla komandanın ilk qoluna imza atıb.

Qeyd edək ki, “Real” bu turnirin ən titullu klubudur. Madridlilər 14 dəfə ÇL-in kubokunu başları üzərinə qaldırıblar. Dortmund klubu isə yalnız bir dəfə – 1996-1997 mövsümündə yarışın qalibi olub.