Bakı, 1 noyabr, Sporaz.tv
İspaniyada sel fəlakəti Valensiyanı sular altında qoyub. Şəhər sel altında olarkən, 28 yaşlı “Valencia”-nın keçmiş futbolçusu Jose Castillejonun seldə öldüyü açıqlanıb. “Real Madrid”, İspaniyanı təsir edən bu fəlakət üçün ianə kampaniyasına başlasa da, gəlirinin 6 faizini zərərçəkənlərə bağışlyıb.
Sporaz.tv məlumat verir ki, İspaniya, çərşənbə axşamı, xüsusən də Valensiyada daşqın fəlakəti ilə üzləşib. Ölkənin bir çox yerlərini su bassa da, 200-dən çox insan həyatını itirib. Ölənlərlə yanaşı, saysız-hesabsız itkilər də var.
İspaniyanın şərqində baş verən bu fəlakətdən sonra “Real Madrid” klubu prezident Florentino Peresin rəhbərliyi ilə ianə kampaniyasına başlayıb.
Başladığı kampaniyaya əlavə olaraq bənövşəyi-ağlar, ötən mövsümdən əldə etdikləri xalis mənfəətin 6 faizini zərərçəkənlərə bağışlayacaqlar. “Madrid”-in ən azı 16 milyon avro ianə edəcəyi gözlənilir.
“Real Madrid” ötən mövsüm gəlirinin 1 milyon avronu keçdiyini açıqlayıb. İspan nəhəngi buna nail olan ilk Futbol klubu oldu.