“Real Madrid” Çempionlar liqasının qalibi oldu

Bakı, 2 iyun, Sporaz.tv

Real Madrid” “Borussia Dortmund“u 2-0 məğlub edərək kuboku qazandı.
Sporaz.tv xəbər verir ki, Wembley stadionunda oynanılan final matçında qolları 74-cü dəqiqədə Dani Carvajal, 83-cü dəqiqədə Vinicius JR vurub. Bu qələbə ilə birlikdə “Real Madrid” 15-ci dəfə Çl-nin qalibi olur. Baş məşqçi Carlo Ancelotti 5-ci dəfə “Real Madrid”lə çempion olur.
Qeyd edək ki, bu matç Toni Krossun “Real Madrid”lə sonuncu matçı oldu. Arda Gülər Çl-ni qazanan ilk türk futbolçu olaraq tarixə keçdi.

Bahar Rüstəm