Bakı, 15 noyabr, Sporaz.tv
Arda Güler və Endrickin “Real Madrid“-də oynamağa vaxt tapa bilməməsi Avropa futbolunda rezonans yaratmaqda davam edir. İş o yerə çatıb ki, “Real Madrid”, gənc futbolçular üçün cazibəsini itirməyə başlayıb. Son iddiada, yeni Modric kimi təqdim edilən Martin Baturinanın “Real Madrid”-in təklifini geri çevirdiyi və bunun klub tarixində bir ilk ola biləcəyi bildirilib.
Sporaz.tv məlumat verir ki, Carlo Ancelottinin Arda Güler və Endrickə vaxt verməmək qərarı Avropadakı istedadlı gənc futbolçuların kluba baxışını dəyişməyə başlayıb.
İtaliyalı məşqçinin, iki futbolçuya yanaşması artıq transfer bazarına da təsirsiz ötüşməyib. Almaniyanın Sky Sports nəşrində yer alan xəbərə görə, yeni Luka Modric kimi təqdim edilən 21 yaşlı Martin Baturina, “Real Madrid”-dən gələn təklifi rədd edib.
Bildirilib ki, “Real Madrid”, “Dinamo Zagreb-də çıxış edən xorvatiyalı futbolçuya, 5 illik müqavilə təklif edib ki, bunun da 2 ili başqa İspaniya klubunda icarə əsasında olub.
Lakin futbolçunun böyük komandanın ayrılmaz hissəsi olmaq istədiyi, buna görə də “Real Madrid”-dən imtina etdiyi bildirilib.
Yüksək potensiala malik iki futbolçunun Arda Güler və Endrickin ehtiyat oyunçular skamyasına məhkum edilməsi Baturinanın, Ancelottinin ona vaxt verəcəyinə inanmamasına zəmin yaradıb.
Baturinanın, “Real Madrid”-ə getməyin karyerası üçün ən yaxşısı olub-olmadığını düşünən ilk gənc futbolçu ola biləcəyi ifadə edilib.
Ancelotti komandanın sükanı arxasında olduğu müddətdə “Real Madrid”-in gənc ulduzlar üçün ideal yer olmaqdan uzaq olduğu vurğulanıb.