”Real Madrid” 6-cı dəfə UEFA Superkubokunu qazanan tərəf oldu

Bakı, 15 avqust, Sporaz.tv

İspaniyanın “Real Madrid” klubu UEFA Superkuboku uğrunda görüşdə İtaliyanın “Atalanta”sını 2:0 hesabı ilə məğlub edib. 

Sporaz.tv xəbər verir ki, görüş Varşava Milli Stadionunda baş tutub.

Qolları Federiko Valverde (60-cı dəqiqə) və Kilian Mbappe (68-ci dəqiqə) vurub.

Bununla “Real Madrid” 6-cı dəfə UEFA Superkubokunu qazanaraq yeni rekorda imza atıb. Madrid klubu hərəyə 5 dəfə kubok qazanan İspaniyanın “Barcelona”sını və İtaliyanın “Milan”ını qabaqlayıb. “Real Madrid” daha əvvəl 2002, 2014, 2016, 2017 və 2022-ci illərdə UEFA Super Kubokunu qazanıb.