“Real Betis” yarımmüdafiəçisi ilə yollarını ayırıb

Bakı, 31 avqust, Sporaz.tv

İspaniyanın “Real Betis” kollektivi yarımmüdafiəçisi Nabil Fekirlə yollarını ayırıb.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, Fransa millisinin üzvü Birləşmiş Ərəb Əmirliklərinin “Al-Jazeera”(Əl-Cəzirə) komandasına transfer olunub.

2019-cu ildən “ağ-yaşıllar”ın şərəfini qoruyan 31 yaşlı oyunçu bu müddət ərzində 165 oyuna çıxıb və 29 qol vurub.

Qeyd edək ki, N.Fekir Fransa millisi ilə 2018-ci dünya çempionatının qalibi olub.