Ravil Tagirdən sürpriz transfer

Bakı, 12 avqust, Sporaz.tv

Başakşehirin son iki mövsümü “Westerlo“(Vesterlo)-ya icarəyə verdiyi Ravil Tagir, Birləşmiş Ərəb Əmirliklərinin “Al Jazira” komandası ilə anlaşıb. Ravil Tagir, “Al Jazira” ilə 3 illik müqavilə imzalayıb.

Sporaz.tv məlumat verir ki, Trendyol Super Liqa təmsilçisi RAMS Başakşehirin müdafiəçisi Ravil Tagir, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Al Jazira” komandasına transfer olunub.

Ravilin transferi ilə bağlı Başakşehirin rəsmi saytında verilən açıqlama belədir:

“Futbolçumuz Ravil Tagirin transferi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Pro Liqa komandalarından olan “Al Jazira” ilə razılıq əldə olunub. Ravil Tagirə klubumuza göstərdiyi səylərə görə təşəkkür edir və ona karyerasının qalan hissəsində uğurlar arzu edirik. “-deyə bildirib.

Digər tərəfdən “Al Jazira”də 21 yaşlı müdafiəçinin transferini açıqlayıb. BƏƏ klubundan verilən açıqlamada, Ravil Tagirlə bağlanan müqavilənin 3 illik olduğu bildirilib.

Başakşehirin 2020-ci ildə 2,5 milyon avroya “Altınordu“dan transfer etdiyi gənc müdafiəçi, son iki mövsümü Belçikanın “Westerlo” komandasında icarə əsasında keçirib.

“Başakşehir”də 18 matça çıxan Ravil 1 dəfə fərqlənib. Westerloda 58 dəfə meydana çıxan futbolçu 3 qol vurub və 3 məhsuldar ötürmə edib.