Raul Gonsalez Almaniya klubunu çalışdıra bilər

Bakı, 25 sentyabr, Sporaz.tv

İspaniya millisinin və “Real Madrid“in sabiq üzvü Raul Gonsales Almaniya təmsilçisi “Shalke 04“ün “sükanı arxasına” keçə bilər.

Sporaz.tv xəbər verir ki, hazırda “Kral klubu”nun ikinci komandasını çalışdıran 47 yaşlı mütəxəssis İspaniyadan ayrılmağı düşünür.

Helzenkirxen klubu üç gün əvvəl baş məşqçisi Karel Geraertsi istefaya göndərib. Raul “Şalke 04″ü çalışdırmağa ən real namizəddir.

Qeyd edək ki, Raul Qonsales futbolçu kimi “Şalke 04”də çıxış edib və 2011-ci ildə Almaniya Kubokunu və ölkə Superkubokunu qazanıb.

Mənbə: Report

Leave a Reply