“Rapid Wien” Trabzona gəldi

Bakı, 7 avqust, Sporaz.tv

UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsinin ilk matçında sabah Trabzonspor ilə qarşılaşacaq Avstriyanın Rapid Wien komandası Trabzona gəlib.

Sporaz.tv xəbər verir ki, Trabzon Hava Limanına çatan qrupda azarkeşlərlə yanaşı futbolçular və texniki heyət də olub.

Axşam saatlarında Papara Parkda baş tutacaq məşqlə matçın hazırlıqlarını tamamlayacaq komanda düşərgə edəcəyi Akçaabat səmtindəki otelə avtobusla hərəkət edib.

Bahar Rüstəm