Raphael Varanedan sürpriz qərar

Bakı, 25 sentyabr, Sporaz.tv

Fransalı müdafiəçi Raphael Varane futbolu tərk etdiyini açıqlayıb. Varan mövsümün əvvəlində “Como” ilə 2 illik müqavilə imzalayıb.

Sporaz.tv xəbər verir ki, yeni mövsümdən əvvəl “Como” ilə 2 illik müqavilə imzalayan 31 yaşlı Raphael Varane futbolu tərk edib. Bildirilib ki, Varane son vaxtlar aldığı zədələrə görə belə bir qərar verib.

Fransız futbolçu sosial media hesabındakı paylaşımla karyerasını bitirmək qərarına gəlib. Varane açıqlamasında “Como”da qalacağını və tezliklə ətraflı açıqlama verəcəyini bildirib.

“Lens” akademiyasında futbola başlayan Raphael Varane 2011-ci ildə 11 milyon avroya Jose Mourinhonun çalışdırdığı “Real Madrid”ə transfer olunub.

“Real Madrid”lə 10 illik macəradan sonra fransalı müdafiəçi 40 milyon avroya “Manchester United”ə yollanıb.

Bahar Rüstəm

Leave a Reply