Ralli pilotu Kerem Kazaz, Latviya rallisini ikinci yerdə başa vurub

Bakı, 23 iyul, Sporaz.tv

Ralli pilotu Kerem Kazaz, dünya Ralli Çempionatı çərçivəsində keçirilən Latviya Rallisini ikinci yerdə başa vurub.

Sporaz.tv məlumat verir ki, Türkiyə Avtomobil İdmanları Federasiyasından verilən açıqlamada WRC3 kateqoriyasında yarışan 18 yaşlı Keremin, komanda yoldaşı Corentin Silvestre ilə 4 gün davam edən yarışda 300 kilometrlik trası ikinci sırada tamamladığı bildirilib.

Qeyd olunub ki, Latviyada keçirilən WRC Masters Cup yarışında sükan arxasında olan Uğur Soylu və Şener Güray ikilisi yarışı üçüncü yerdə başa vurub.