“Ralf Rangnick” qərarını verdi

Bakı,2 may,Sporaz.tv

Avstriya Futbol Federasiyası Ralf Rangnickin AVRO-2024-dən sonra komandada qalacağını açıqlayıb.

Ralf Rangnick qərarını verdi. Adı “Bavariya” ilə hallanan alman baş məşqçisi Avstriya millisində qalır.

Avstriya Futbol Federasiyasının internet saytında verdiyi açıqlamada, “Mən bu vəzifədən çox zövq alıram və seçdiyimiz yolda uğurla davam etmək əzmindəyəm. Açıqca vurğulamaq istərdim ki, bu, “Bavariya”nın rəddi deyil, əksinə komandam üçün qərar və ümumi hədəflərimiz Avropadadır.” “Çempionatda mümkün qədər irəli getmək üçün əlimizdən gələni edəcəyik” dedi.