Raheem Sterling və Ben Chilwell üçün dəyişiklik təklifi

Bakı, 26 avqust, Sporaz.tv

Chelsea“(Çelsi), “Manchester United“(Mançester Yunayted)-in heyətində düşünülməyən Jadon Sanchonu heyətinə qatmaq istəyir. “Chelsea”-dən başqa “Juventus” da maraqlandığı Sanchonu dəyişdirmək üçün Raheem Sterling ilə birlikdə Ben Chilwelli təklif edə biləcəyi bildirilir.

Sporaz.tv məlumat verir ki, İngiltərə Premyer Liqasında transfer pəncərəsinin bağlanmasına az qalmış “Chelsea” ən azı daha 2 transfer etmək istəyir.

“Chelsea”-nin Jadon Sancho və Victor Osimheni heyətinə qatmaq istədiyini bildirilmiş və Sancho üçün “Manchester United”ə mübadilə təklifi edə biləcəkləri bildirib..

Xəbərdə, “Chelsea”nin heyətində hesab etmədikləri Raheem SterlingBen Chilwelli mübadilədə təklif etmək istədiyi bildirilib.

Erik ten Hagın yeni mövsümdə Premyer Liqada hələ şans vermədiyi Jaydon Sancho üçün “Manchester United”-in 40 milyon funt-sterlinq transfer gözləntisi olduğu bildirilir.

“Juventus” Sancho ilə maraqlanan klublar arasında olsa da, Avropada yay transfer pəncərəsi bu cümə günü başa çatacaq.

“Chelsea”-nin baş məşqçisi Enzo Maresca, keçən həftə Raheem Sterling və Ben Chilwelli heyətdə hesab etmədiklərini açıqladı.

İki futbolçunun getməsinin daha yaxşı olacağını deyən Maresca, Sterling və Chilwell komandadan ayrı məşq etdiyini bildirib.