Raphael Varanenin yeni ünvanı bəlli olub

Bakı, 28 iyul, Sporaz.tv

Manchester United”lə müqaviləsi başa çatan Raphael Varane A Seriyasının yeni komandalarından olan “Como” ilə 2 illik müqavilə imzalayıb.

Sporaz.tv xəbər verir ki, “Manchester United”lə müqaviləsi başa çatan təcrübəli müdafiəçi Raphael Varanenin yeni ünvanı bəlli olub.

31 yaşlı futbolçu A Seriyasının yeni komandalarından olan “Como” ilə 2 illik müqavilə imzalayıb.

Klubun saytına açıqlama verən fransalı futbolçu “Bu layihə üçün çox həyəcanlı və xoşbəxtəm. Komanda yoldaşlarımla görüşmək üçün səbirsizlənirəm” deyib.

Varane baş məşqçi Sesk Fabreqasla işləməkdən xoşbəxt olduğunu da bildirib.

Liqa 1 komandalarından biri olan Lensdə parlayan Raphael Varane 2011-12 mövsümündə 11 milyon avroluq transfer qarşılığında Real Madridə transfer olunub. İspaniya nəhəngində 4 Çempionlar Liqası və 3 La Liqa çempionu olan təcrübəli futbolçu 2021-22 mövsümündə 40 milyon avroluq transfer qarşılığında “Manchester United”ə transfer olunub. Fransız futbolçunun son ünvanı Komo olub.

Bahar Rüstəm