Rafael Nadal olimpiadada Novak Djokoviclə qarşılaşıb

Bakı, 29 iyul, Sporaz.tv

Tennis üzrə iki əfsanə Paris 2024 Olimpiadasında üz-üzə gələcək. İlk raundda “Marton Fucsovics”(Marton Fuçsoviç)i 2:1 hesabı ilə məğlub edən Rafael Nadal, ikinci mərhələdə “Novak Djokovic”(Novak Cokoviç)in rəqibi olub.

Sporaz.tv məlmat verir ki, İspan raketkaçısı macar rəqibini 6-1, 4-6 və 6-4 xallarla ilə məğlub etməyi bacarıb. İkinci mərhələdə ən böyük rəqibləri Novak Djokoviclə qarşılaşıb. İki tennisçi arasında yarış sabah Bakı vaxtı ilə 14:00-da baş tutacaq.

Tennis tarixində ən çox Böyük Dəbilqə çempionluğuna sahib iki ad Paris 2024 Olimpiadasında üz-üzə gələcək. Ümumilikdə 59 dəfə üz-üzə gələn Nadal-Djokovic rəqabətində Novak Djokovic, 30:29 üstünlüyünə malikdir.

Paris 2024-ün keçirildiyi torpaq korttda Rafael Nadal, rəqibinə qarşı keçirdiyi 28 matçdan 20 dəfə qalib gəlib.

İkisi sonuncu dəfə 2022-ci il Fransa Açıq Çempionatının 1/4 finalında qarşılaşıb və Rafael Nadal rəqibini 3-2 hesabı ilə məğlub edib.

Rafael Nadal 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Novak Djokovic 2024-cü il Parisdə ilk Olimpiya qızılını qazanır.