Rafael Benitez Mourinhoya qarşı

Bakı,15 May,Sporaz.tv

Fenerbahçe“da Jose Mourinhodan sonra gündəmə gələn digər məşqçi Rafael Benitez olub. Ali Koçun ilk təması Rafael Benitezlə etdiyi iddia edilib.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nın yeni prezidenti və baş məşqçisinin kim olacağı maraq doğurur.
Ali KoçAziz Yıldırım prezidentlik uğrunda mübarizə aparacaqları halda, baş məşqçi ilə bağlı Jose Mourinhodan sonra bir ad da gündəmə gəlib.
Məşqçi axtarışına başlayan Ali Koç Rafael Rafael Benitezi gündəmə gətirib.
Seçkidə qalib gəlmək üçün güclü məşqçi axtarışında olduğunu vurğulayan Ali Koçun ilk təması Rafael Benitezlə etdiyi bildirilib.
Sonuncu dəfə “Celta Vigo“nu çalışdıran Rafael Benitez təxminən 2 ay əvvəl işini tərk edib.
2004-05 mövsümündə “Liverpool“la Çempionlar Liqasının qalibi olan Rafael Benitez 2003-04 mövsümündə “Valencia” ilə UEFA kubokunu qazanıb və onunla 2 La Liqa çempionluğu qazanıb.
İspan məşqçi 2012-13 mövsümündə “Chelsea” ilə UEFA Avropa Liqasının qalibi olub.
Rafael Benitez 2010-11-ci illərdə “İnter”lə Klublararası Dünya Çempionatının qalibi olub. Rafael Benitezin karyerasında ümumilikdə 13 kuboku var.

Bahar Rüstəm