Rafa Silvanı dayandırmaq olmaz

Bakı, 30 avqust, Sporaz.tv

Beşiktaş“ın yeni transferi Rafa Silva, mövsümə maraqlı başlayıb. 5 rəsmi matçda meydana çıxan portuqaliyalı futbolçu artıq qollu töhfəsi ilə azarkeşlərini məftun edib.

Sporaz.tv məlumat verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsində “Lugano” ilə cavab görüşündə 1 qol və 1 məhsuldar ötürmə ilə iz buraxan Rafa Silva, rəqiblərini də boş qoymur.

“Beşiktaş”ın 31 yaşlı portuqaliyalı ulduzu, Superkubokda “Galatasaray“(Qalatasaray)-la ilk rəsmi matçına çıxıb. Rafa Silva, bu görüşdə 1 qol və 1 məhsuldar ötürmə edib.

Portuqaliyalı futbolçu, liqada müvafiq olaraq “Antalyaspor” və “Samsunspor“la qarşılaşıb. Rafa Silva, hər iki görüşdə 1 qol vurmağı bacarıb. Təcrübəli ulduz, “Lugano” ilə ilk oyunda 1 məhsuldar ötürmə edə bilib.

5 matçda 4 qol vuran və 3 məhsuldar ötürmə ilə yadda qalan Rafa Silva, 7 dəfə hesaba töhfə verib və heç bir rəqibini boş qoymayıb.