Rafa Silva “Beşiktaş”da yeni mövsümün hazırlıqlarına qatılıb

Bakı, 3 iyun, Sporaz.tv

Beşiktaş“ın yeni transferi Rafa Silva yeni mövsümün hazırlıqlarına başlayan ağ-qara futbol komandasına qatılıb.

Sporaz.tv məlumat verir ki, yeni mövsümün hazırlıqlarına başlayan ağ-qara futbol komandasına Rafa Silva qoşulub.

Klubdan verilən məlumata görə, 31 yaşlı portuqaliyalı futbolçu “BJK Nevzat Demir Tesisleri”ndə məşqçi Giovanni van Bronckhorst və idarə heyətinin müşaviri Brad Friedel ilə görüşüb.

Texniki heyət və futbolçular Rafa Silvaya “xoş gəlmisiniz” deyib, ona uğurlar arzulayıblar.

Portuqaliyalı oyunçu komanda yoldaşları ilə birlikdə atletik performans, çeviklik, güc və dözümlülük sınağından keçib. Rafa Silva da meydanda məşq edib.