Rade Krunic təklifi qəbul etdi

Bakı, 2 sentyabr, Sporaz.tv

Fenerbahçe“nin planları arasında olmayan Rade Krunicin yeni komandası formalaşmağa başlayıb. “Al-Wahda“dan sonra “Crvena zvezda“nın da meydana çıxdığı Krunic qərarını verdi.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”dən 3,5 milyon avroya transfer haqqı alan Rade Krunic Mourinhonun rəğbətini qazana bilməyib.

Portuqaliyalı çalışdırıcı “Alanyaspor” matçından sonra verdiyi açıqlamada Krunic və Zajc haqda “Onlar mənim düşüncələrimə və oynamaq istədiyim oyuna uyğun gəlmir” deyib.

“Al-Wahda”dan sonra “Fenerbahçe”nin planları arasında olmayan Rade Krunicin yerinə “Crvena zvezda” da keçib. 30 yaşlı forvard transferi ilə bağlı qərarını verib.

Maaşını itirmək istəməyən Kruniç “Al-Wahda”ya “hə” deyib.

“Fenerbahçe”dən ildə 2,5 milyon avro alacağı bildirilən təcrübəli futbolçunun “Al-Wahda”dan da analoji qonorar alacağı vurğulanıb.

Rade Krunic bu mövsüm 4 matçda meydana çıxıb və 223 dəqiqə meydanda olub və hesaba töhfə verə bilməyib.

Bahar Rüstəm