Rachid Ghezzal Super Liqa komandasına keçir

Bakı, 12 sentyabr, Sporaz.tv

Beşiktaş“dan ayrılan Rachid Ghezzalın yeni ünvanı məlum olub. Rachid Ghezzalın “Rizespor“la müqavilə imzalayacağı bildirilib.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”la yollarını ayıran Rachid Ghezzalın yeni ünvanı bəlli olub. Əlcəzairli futbolçu Superliqada qalacaq.

Rachid Ghezzal “Rizespor”a transferi yaxındır.

4 il “Beşiktaş”da çıxış edən və mövsümün sonunda müqaviləsi başa çatan Rachid Ghezzal daha əvvəl Super Liqadan təklif aldığını açıqlamışdı.

2020-2021 mövsümündə “Leicester City”dən “Beşiktaş”a transfer olunan Ghezzal “ağ-qaralar”la 1 Super Liqa, 2 Türkiyə Kuboku və 1 Super Kubok qazanıb.

“Qara-ağlılar”ın heyətində 4 mövsüm keçirən Ghezzal ümumilikdə 122 matça çıxıb və 17 qola imza atıb.

Bahar Rüstəm

Leave a Reply