Rachid Ghezzal göz yaşları ilə vidalaşdı

Bakı, 27 may, Sporaz.tv

Beşiktaş“ın əlcəzairli ulduzu Rachid Ghezzal ağ-qaralar üçün son matçını Kasımpaşa ilə keçirib. Qarşılaşmadan sonra klub heyəti ilə vidalaşan Raşid Ghezzal göz yaşlarını saxlaya bilməyib.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasının son həftəsində “Kasımpaşa”ya 2-1 hesabı ilə uduzaraq mövsümü 6-cı pillədə başa vuran “Beşiktaş”da Rachid Ghezzal “ağ-qara” komandada son matçını keçirib.
Ghezzal 79-cu dəqiqədə Fahri Kerem Ayı əvəzləyərək oyuna daxil oldu. Əlcəzairli futbolçu matçdan sonra “ağ-qara” azarkeşlərin olduğu tribunalara gedərək sağollaşıb.


“Beşiktaş”la müqaviləsi başa çatacaq Ghezzal matçın sonunda klub işçilərini qucaqlayarkən göz yaşlarını saxlaya bilməyib.
2020-2021 mövsümündə “Leicester City“dən “Beşiktaş”a transfer olunan Ghezzal “ağ-qaralar”la 1 Super Liqa, 2 Türkiyə Kuboku və 1 Super Kubok qazanıb.
“Qara-ağlılar”ın heyətində 4 mövsüm keçirən Ghezzal ümumilikdə 122 matça çıxıb və 17 qola imza atıb.

Bahar Rüstəm