“Rəqib növbəti matçda amansız mübarizə aparacaq”.

Bakı, 26 iyul, Sporaz.tv

Bu sözləri “Zirə “nin baş məşqçisi Rəşad SadıqovDac 1904“lə olan matçdan sonrakı mətbuat konfransıdan deyib.

Sporaz.tv xəbər verir ki, Bu axşam UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” – “Dac 1904” matçı 4-0 hesabı ilə başa çatıb. “Qartallar” səfər oyunu üçün böyük fərqlə üstünlük qazanıb.

Matçdan sonrakı mətbuat konfransında Sadıqov səfər oyunu üçün bu sözləri deyib:

“İlk oyundan sonra danışmaq həmişə çətindir. Birinci hissə bitdi. Bizi 1 hətəlik fasilə gözləyir. Mərhələni keçmək istəyiriksə, cavab matçına yaxşı hazırlaşmalıyıq. Rəqib növbəti matçda amansız mübarizə aparacaq. Biz gördük ki, onlar 60-cı dəqiqədən sonra amansız mübarizə aparırlar”.

Qeyd edək ki, revanj matçı 1 həftə sonra Slovakiyada baş tutacaq.

Bahar Rüstəm