Qəlbi qırıq İnter əfsanəsi: Christian Vieri

Bakı,3 may,Sporaz.tv

Christian Vierinin qəlbini ən çox əfsanəsi olduğu İnter qırdı. Halbuki, 1 sezondan çox vaxt keçirdiyi tək yer idi İnter.

6 sezonda 190 matça çıxarkən 123 qol, 22 məhsuldar ötürmə ilə xidmət edib. Öz zamanında çətin tapılacaq bir oyunçu idi. Həm cüssəli, həm də hücum bölgəsinin çeşitli nöqtələrindən qolu tapa bilən bir hücumçu idi.

Doğru zamanda, doğru yerdə olur, qol atmağı bəsit bir işmiş kimi göstəriridi. Fenomen Ronaldo ilə yaxşı bir ikili oldular.

Normalda içkili keçirdiyi Atletico Madrid vaxtlarında 31 matçda 29 qolla qol kralı olmuşdu. İspaniya günləri üçün “Hər gecə içərdim, amma, kral yenə də mən idim”-demişdi.

Yuvası İnter isə onun üçün xəyal qırıqlığı oldu. Komanda icazəsiz zənglərini dinləmişdi. Vieri bütün bunları komandadan ayrıldıqdan sonra öyrəndi. Bu da Vierinin deprosyona girməsinə səbəb oldu. Klubun istəyi ilə Telecom şirkəti, oyunçunun şəxsi həyatını izləmişdi və bu həqiqətlər 2006-cı ildə aparılan bir istintaqda təsadüfən ortaya çıxmışdı.

Daha sonra da İnterə və şirkətə 21 milyon avroluq təzminat davası açıldı. Nəticə etibarı ilə Vieri məhkəməni qazansa da, əfsanəsi olduğu komandadan incimişdi. İtaliyan qolçu Atalantada futbol kariyerasını bitirdi. Bu günlərdə isə UEFA təşkilatlarına qatılır.