Bakı, 30 oktyabr, Sporaz.tv
“Beşiktaş“-ın keçmiş ulduzu Ricardo Quaresma, ağ-qara komandada oynamaq istədiyini açıqlayıb. Keçmiş portuqaliyalı futbolçu, “Beşiktaş”-ın prezidenti Həsən Aratın məsələ ilə bağlı ona söz verdiyini bildirib.
Sporaz.tv məlumat verir ki, “Beşiktaş” forması altında çıxışı ilə azarkeşlərin könlünü fəth edən Ricardo Quaresma, “HT Spor”-a diqqət çəkən açıqlamalar verib. Futbolçu karyerasını bitirən portuqaliyalı, “Beşiktaş”-da çalışmaq istədiyini bildirib. Quaresmanın açıqlamaları belədir:
“Amma mən öz bacarığıma inanıram və düşünürəm ki, “Beşiktaş”-a çox faydalı ola bilərəm. Ancaq bu, danışmağımız lazım olan bir şeydir. Mən prezidentin mənə nəsə deyəcəyini gözləyirəm. Söz verdi, amma hələ heç nə deməyib. Yenə də çox sakitəm, əlbəttə ki, “Beşiktaş”-da çalışmaq istərdim”.