Bakı, 18 oktyabr, Sporaz.tv
“Manchester United“in (Mançester Yunayted) baş məşqçi Erik Ten Hag (Erik ten Haq)-ı göndərəcəyi ilə bağlı məlumatlar gündəmə gəlib.
Klubun Premiyer Liqada 14-cü yerdə qərarlaşması və bütün oyunlarda üç qələbə ilə kifayətlənməsi onun komandadan ayrılma ehtimalını artırıb.
Sporaz.tv xəbər verir ki, komanda artıq yeni baş məşqçi axtarışına başlayıb.
İngiltərə klubunun məşqçi namizədləri arasına daha bir mütəxəssis yer alıb.
“Ajansspor”un verdiyi məlumata görə, klub Türkiyə millisinin çalışdırıcısı Vinçenzo Montella ilə maraqlanır.
Belə ki, Erik Haq 2022-ci ildən komandaya rəhbərlik edir.
Montella Türkiyə yığması ilə çıxdığı 17 matçda 9 qələbə, 5 məğlubiyyət və 3 heç-heçə ilə meydandan ayrılıb. İtaliyalı mütəxəssis həmçinin “Milan”, “Sevilya”, “Fiorentina” kimi klublara rəhbərlik edib.