Qazaxıstan millisinin keçirəcəyi oyunlar üçün geniş heyəti açıqlanıb

Bakı, 21 may, Sporaz.tv

Futbol üzrə Qazaxıstan millisi-in Ermənistan və Azərbaycan yığmaları ilə keçirəcəyi yoldaşlıq oyunları üçün geniş heyəti açıqlanıb.

Yerli media Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Məhəmməd Adiyev 34 oyunçuya dəvət göndərib.

Qapıçılar: İqor Şatski (“Aktobe”), Bekxan Şayzada (“Ordabası”), Danil Ustimenko (“Kayrat”), Aleksandr Zarutski (“Astana”);

Müdafiəçilər: Aleksandr Maroçkin, Yan Voroqovski, Marat Bıstrov (hamısı “Astana”), Yerkin Tapalov, Roman Asrankulov, Ruslan Valiullin (hamısı “Tobol”), Baqdat Kairov, Alibek Kasım, Adilxan Tanjarikov (hamısı “Aktobe”). Sergey Malı, Temirlan Yerlanov (hər ikisi “Ordabası”), Adilxan Dobay (“Jetısu”), Mixail Qabışev (“Yelimay”), Nuralı Alip (“Zenit”, Rusiya), Aleksandr Zuyev (“Arsenal”, Rusiya);

Yarımmüdafiəçilər: Asxat Taqibergen, Baurjan İslamxan, Aybol Abiken (hamısı “Ordabası”), Maksim Samorodov, Ramazan Orazov, Arman Kenesov (hamısı “Aktobe”), Abzal Beysebekov, Islambek Kuat (hər ikisi “Astana”), Adilet Sadıbekov ( “Kayrat”), İslam Çesnokov (“Tobol”);

Hücumçular: Ramazan Kərimov, Elxan Astanov (hər ikisi “Astana”), İvan Sviridov (“Yelimay”), Vladislav Prokopenko (“Jenis”), Abat Aymbetov (“Adana Dəmirspor”, Türkiyə).

Qeyd edək ki, iyunun 7-dən İrəvanda Ermənistan seçməsinin qonağı olacaq Qazaxıstan 4 gün sonra Azərbaycan millisi ilə qarşılaşacaq.

Mənbə:Azərtac