“Qazandığınız bütün çempionatları unudun”

Bakı,15 May,Sporaz.tv

Aziz Yıldırımın Jose Mourinho ilə ilk əlaqəni Bruno Alves vasitəsilə etdiyi bildirilib. Bruno Alves keçmiş baş məşqçisi Mourinyoya “Fenerbahçe” haqda danışıb.

Sporaz.tv xəbər verir ki, Aziz Yıldırım namizədliyini açıqladıqdan sonra Jose Mourinhonu baş məşqçi təyin edəcəyini açıqlaması “sarı-göylülər”in gündəmini dəyişdi.
Bazar günü Super Liqada səfərdə “Galatasaray“la qarşılaşacaq “Fenerbahçe”da birdən bütün gözlər prezident seçkiləri və məşqçi məsələsinə çevrildi.
Aziz Yıldırım seçiləcəyi təqdirdə Jose Mourinhonu baş məşqçi təyin edəcəyini açıqlasa da, “Digər dostlar qalib gəlsə, onların da Mourinyonu təyin etmələrini istərdim” dedi.
Aziz Yıldırımın portuqaliyalı çalışdırıcı ilə ilk əlaqəni “Fenerbahçe”nın keçmiş futbolçusu Bruno Alveş vasitəsilə etdiyi iddia edilib.
Bruno Alves “Fenerbahçe” haqda keçmiş baş məşqçisi Jose Mourinhoya danışıb.
Azarkeşlər haqqında yüksək sözlər deyən Alves, Jose Mourinhoya “Onlar sənin iliklərindəki həyəcanı hiss etdirir. Həm sevgini, həm də tənqidi ən sıx şəkildə görürsən” deyib.
Bruno Alvesin sözləri isə belədir: “Qazandığınız bütün çempionatları unudun. Uzun müddətdir çempionluq həsrətində olan bu azarkeşə kubok hədiyyə edəndə yaranacaq həvəsi sözlə ifadə etməyə söz tapa bilmirəm.
“İndiyə qədər nə yaşadım?” deyə bilərsiniz. Sizin kimi uğura meyilli bir məşqçi üçün “Fenerbahçe” işləmək üçün ideal klub olardı”.

Bahar Rüstəm