Qarşılaşmadan sonra “Galatasaray” üçün iddia ortaya çıxıb

Bakı, 20 oktyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-ın “Antalyaspor”-u məğlub etdiyi matçdan sonra sarı-qırmızılılar üçün ayrılıq iddiası irəli sürülüb. Yeni transferin yanvarda icarəyə göndəriləcəyi iddia edilirdi.

Sporaz.tv məlumat verir ki, Trendyol Super Liqasının 9-cu həftəsində “Galatasaray”-ın səfərdə “Antalyaspor“-u 3:0 hesabı ilə məğlub etməsindən sonra diqqətçəkən ayrılıq iddiası ortaya atılıb.

Futbol şərhçisi və köşə yazarı Levent Tüzemen, “Galatasaray”-ın “Antalyaspor” üzərindəki qələbəsini şərh edib.

Roland Sallainin performansını tərifləyən Tüzemen, futbolçunu Rashica ilə müqayisə edərək: “O, topu tutdu, müdafiəyə kömək etdi. O, təkbaşına iki mövqe tutdu. Məncə, onun oynamaq şansı daha çox olacaq”- dedi.

“Galatasaray”-ın mövqeləri cəsurca keçirdiyini ifadə edən Tüzemen: “Galatasaray matçı fərqli hesabla bitirməliydi”- dedi.

Digər tərəfdən məşhur şərhçi, ara transfer dövründə Elias Jelertin “Galatasaray”-dan ayrılacağını iddia edib.

Jelertin yanvar ayında Avropada bir komandaya icarəyə veriləcəyini bildirən Tüzemen: “Əvəzinə yeni sağ cinah müdafiəçisi alınacaq. Jelertin fiziki və vəziyyəti yetərli deyil, ikili matçlarda təsirsizdir”-dedi.