“Qarabağ”ın yeni transferi Mateusz Kochalskinin karyerası

Bakı, 15 avqust, Sporaz.tv

Qarabağ“ın yeni trasfer etdiyi qapıçısına 99 nömrəli forma verilib. Oyunçu ilə 3+1 illk müqavilə imzalanaraq təmsilçimizin heyətinə daxil olub. Yeni komandaya daxil olan Polşalı oyunçunun əvvəlki illərdəki karyerası futbol həvəskarları üçün maraq doğurub. Sporaz.tv kanalı, izləyiciləri üçün oyunçunun keçmiş karyerası haqqında etdiyi kiçik araşdırmanı təqim edir.

Mateusz Kochalski, 25 iyul 2000-ci ildə Slovakiyanın Svidnik şəhərində anadan olub. Polşalı futbolçu, Polşanın “Stal Mielec” klubunda qapıçı kimi oynayıb. Oyunçu, keçmiş Polşa gənclərinin nümayəndəsi olan “Legia Warszawa“nın tələbəsi olub.

21 iyun 2022-ci ildə Kochalski, “Stal Mielec” ilə üç illik müqavilə imzalayıb və onun ilk oyunu 31 avqust 2022-ci ildə Polşa Kubokunda “ŁKS Lodz” ilə baş tutub. Matç zamanı klublar 2-2 hesabı ilə bərabərə qalıb.


Polşalı oyunçu, 2015-ci ildə Polşanın 16 yaşadək futbolçulardan ibarət Polşa U-16 milli komandasına çağırılıb və 28 oktyabr 2015-ci ildə Serbiya millisi ilə yoldaşlıq görüşündə 0:0 hesabı ilə heç-heçə bitib.


Onun Polşa U-17 millisində çıxışı, 1 sentyabr 2016-cı ildə Latviya millisinə qarşı 1:0 hesablı qələbəsi ilə ayrıldığı oyunda baş tutub.

Oyunçunun digər debütü isə, 11 fevral 2018-ci ildə Ruminiya millisinin 2:1 hesabı ilə qalib gələn Polşa U-18 klubunda çıxışını nümayiş etdirən zaman baş verib.

2018-ci ildə Polşanın U-19 milli komandasına çağırılan Mateusz Kochalski , Polşa U-19-da oyunu 11 oktyabr 2018-ci ildə Şimali Makedoniya millisinə qarşı 4:3 hesabla qələbə qazanması ilə başa çatıb.

2024-cü il iyunun 2-də böyüklərdən ibarət Polşa millisinin mətbuat konfransı zamanı baş məşqçi Michał Probierz, Polşa U-21 millisinin Ukrayna ilə yoldaşlıq oyunları üçün təlim-məşq toplanışı zamanı zədə alan Olivier Zıxın yerinə Mateusz Kochalskinin təyin edildiyini açıqlayıb.

2010-2015-ci illərdə “BKS Lublin” ilə futbolçu karyerasına başlayan Mateusz Kochalski, 2015-2017 illərdə isə “Legia Warszawa”da davam etdirib . Bu iki kulubla anlaşmasını bitirən Polşalı oyunçu, daha sonra, 2017-2020 illərində karyerasını “Legia II Warszawa” ilə davam etdirib. 2018-ci ildə iki klubla anlaşan futbolçu, “Legionovia Legionowo” və “Radomiak”lə birgə oyunlarını davam etdirib. 2020- 2022-ci illərdə “Legia Warszawa”, həmçinin “Radomiak Radom” ilə birgə oynayıb. 2022-2024 illəri üçün “Stal Mielec” klub ilə karyerasını davam etdirmək üçün , təmsilçimiz “Qarabağ” ilə anlaşaraq müqavilə imzalayıb.

Ümid varıq ki, bu anlaşma komandamızla yanaşı Mateusz Kochalski üçündə uğurlu anlaşmlardan olacaq və komandamızın digər oyunçuları kimi uğurlu karyarısını, klubumuzun yeni qələbələri ilə davam etdirəcək. Ona, yeni karyerasında böyük uğurlar arzulayırıq!