”Qarabağ”ın yeni qapıçısı, “Dinamo” ilə oyunda iştirak edə biləcək

Bakı, 17 avqust, Sporaz.tv

Qarabağ” yeni qapıçısı Mateusz Kowalskini UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil edib. 

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki,24 yaşlı qolkiper Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə görüşlərdə iştirak edə biləcək. 

“Köhlən atlar” avqustun 15-də polşalı oyunçu ilə 3+1 illik müqavilə imzalandığını açıqlayıb. 

Qeyd edək ki, “Qarabağ” “Dinamo” ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.