”Qarabağ”ın keçmiş futbolçusunun yeni ünvanı bəlli olub

Bakı, 30 oktyabr, Sporaz.tv


Qara Qarayevin yeni komandası bəlli olub.

Sporaz.tv xəbər verir ki, müxtəlif illərdə 17, 19, 21 yaşadək, eləcə də əsas millidə çıxış edən Qara Qarayev mövsümün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək. Futbolçu ilə bu gün rəsmi müqavilə imzalanıb və o, heyət üzvlərinə təqdim olunub.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2009-2023-cü illərdə “Qarabağ”ın, 2023-2024-cü illər mövsümündə isə “Neftçi”nin heyətində yer alıb. Futbolçu 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.