“Qarabağ”ın iki futbolçusu daha 1 il “Zirə”də oynayacaq

Bakı, 14 iyun, Sporaz.tv

“Qarabağ”ın iki futbolçusunun “Zirə” komandasındakı icarə müddəti uzadılıb.

Sporaz.tv  AZƏRTAC-a istinadən xəbər verir ki, İsmayıl İbrahimli və Rüstəm Əhmədzadə 2024-2025-ci illər mövsümünün sonuna qədər Bakı klubunda çıxış edəcəklər.

Qeyd edək ki, onlar ötən mövsümdə də icarə əsasında “Zirə”nin formasını geyiniblər.