“Qarabağ”dan ən az 2 top fərqi ilə qələbə gözləyirik”

Bakı, 23 iyul, Sporaz.tv

Bu sözləri idman eksperdi Ağa DadaşzadəQarabağ” – “Lincoln” oyunu ilə bağlı fikir bildirərkən deyib.

Təbii ki, “Qarabağ fovoritdir”. Ən az 2 top fərqi ilə qalib gəlməyini gözləyirik. “Lincoln” səviyyə cəhətdən “Qarabağ”dan qat-qat aşağıdır. Amma rəqibi alçatmaq olmaz, futbolda top yumrudur. Hər şey ola bilər. Amma “Qarabağ”ın üstünlüyü danılmaz gerçəkdir. Səfər oyununu böyük fərqlə, ən az 2 top fərqi ilə qazanmalıdır ki, ev oyununa rahat çıxa bilsin. Təbii ki, Qurban Qurbanovunda da məqsədi qələbədir. Düşünürəm ki, cütün taleyi bu gün həll olacaq. Daha da danışmağa ehtiyac yoxdur. Səviyyə aydın olduğuna görə, məsələ də aydındır.

Bahar Rüstəm